
Göbələkli Piroq reseptinin hazırlanma qaydası | |
Ərzaqlar: | 400 q un 200 q marqarin 200 q qatıq 1 ç.q. soda duz istiot 125 q qurudulmuş göbələk 50 q baş soğan 50 q bitki yağı 2 x.q. doğranmış göy soğan |
Hazırlanması: | Un, marqarin, qatıq, soda və duzdan xəmir yoğurun. Soyuducuda 1 saat saxlayın. Qurudulmuş göbələkləri 1,5 saat ərzində soyuq suda saxlayın (suyu tullamayın). Sonra yuyub xırda doğrayın. Soğanla birlikdə qovurun, duzlayın. Göbələyi islatdığınız sudan azca əlavə edib hazır olana qədər bişirin. Soyudun. Xəmiri yayın. Yağlanmış siniyə qoyun. Kənarlarını qaldırın. Hazırladığınız qarışığı xəmirin üzərinə yayıb üstündən doğranmış göy soğan səpin. Piroqu sobada orta dərəcədə 20-25 dəqiqə, sonra isə temperaturu artıraraq daha 10-15 dəqiqə bişirin. Haqqında: Asan və ləziz salatlardan sayılır.Nuş olsun! |
218
Sosial Şəbəkələrdə Paylaş